Qəbələdə MDB gömrük rəhbərlərinin toplantısı keçirilib
Sentyabrın 20-də Qəbələ şəhərində MDB-yə üzv dövlətlərin Gömrük xidməti orqanlarının rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri başçıları Komitəsinin 16-cı iclası keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbirdə MDB-yə üzv dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirin açılış mərasimində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev və Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri Anatoliy Serışev çıxış edərək, gömrük sahəsində beynəlxalq əməkdaşlığın vacib məsələlərdən biri olduğunu bildiriblər. Onlar bu sahədə önəmli hesab edilən gömrük qaydalarının pozulması və qaçaqmalçılıq sahəsində başqa ölkələrlə möhkəm əlaqələrin qurulmasının əhəmiyyətini qeyd ediblər.
Sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin "Gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan Gömrük Xidməti işinin təşkili" mövzusunda təqdimatı keçirilib.
İclasda gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə idarələri rəislərinin Qərargah rəhbəri vəzifəsinə namizədin təsdiqlənməsi məsələsinə baxılıb, eləcə də MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 15-ci iclasının qərarlarının və 2017-ci il üçün iş planının icrası barədə Katibliyin məlumatı dinlənilib. İclasda Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2020-ci ilədək fəaliyyət strategiyasının işlənməsi, terrorizm və ekstremizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələsinə Komitənin regional yanaşmasının formalaşdırılması, həmçinin Ümumdünya Gömrük Təşkilatının himayəsi altında Rusiya Federal Gömrük Xidmətinin "Qolkiper" qlobal xüsusi gömrük əməliyyatının keçirilməsi və 2018-ci ildə MDB üzv dövlətlərin gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin qarşılıqlı əlaqələndirilməsinin təşkili məsələləri barədə məlumat verilib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub