Qəfil yağışlar: Fərat daşdı, terrorçular əks-hücuma keçdi - İŞİD HAVA ŞƏRAİTİNDƏN YARARLANIR

İŞİD Suriyada əldən verdiyi ərazilərə hücumlar təşkil etməyə başlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, terrorçular Deyr-əz-Zor şəhərinin şimalına zərbələr endirib.


Həmin bölgədə isə ABŞ-ın dəstəklədiyi və əsasən kürd silahlılarından təşkil edilən "Suriya Demokratik Qüvvələri" qruplaşması var.

Xatırladaq ki, Suriya ordusu bir neçə gündür İŞİD-ə qarşı sözü gedən bölgədə uğurlu əməliyyatlar keçirib, terrorçular ciddi itki verərək Fərat çayının qarşı sahilinə keçməyə məcbur olub.

Bu arada hücumların zəifləməsinə səbəb qəflətən yağışların başlamasıdır ki, çayda sululuq artıb. Bu isə birinci növbədə İŞİD-in işinə yarayıb.

Terror qruplaşması əks-hücumlara başlasa da Suriya ordusu Rusiya hərbçilərinin dəstəyi ilə Fəratın böyük bir sahil hissəsində ələ keçirdiyi mövqeləri qoruyur. Azad olunan ərazilərdə neftlə zəngin yataqlar da var.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR