Şeyxin qudasının oğlunun şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin apellyasiya şikayətinə baxılıb.

 

APA TV-nin məlumatına, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

 

Qeyd edək ki, Ə. Salahzadə bir neçə gün əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Ə. Salahzadə "Azərsu" ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR