Biləsuvarda dəhşətli qəza: 5 nəfər öldü
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb, lakin idarəetməni itirərək yol kənarında duran mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində 4 nəfər hadisə yerində, bir yaralı isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Ölənlər Lənkəranın Gərmətük kənd sakinləri - Samir Əzizulla oğlu Qasımov və Çingiz Xudaverdi oğlu Nağıyev, Kosalar kənd sakinləri - Əhmədov Mahir Bəşir oğlu, qohumu İlhamə Kazımova və onun anası Pəri Əhmədovadır.
Qeyd edək ki, qəzada ölənlərin hamısının bir-biri ilə qohumluq əlaqəsi var. Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub