Neft bazarında stabillik müşahidə edilir: ABŞ-DAN YENİ ADDIMLAR, İRAQDAN TƏKLİF
Dünya bazarında xam neftin qiymətində ciddi dəyişiklik qeydə alınmayıb. APA TV-nin məlumatına görə, "Brent" və Qərbi Texas nefti demək olar ki, ötən gün səhər seanslarında qeydə alınan qiymətlərə satılır.
"Brent" markalı neft 55,85 dollara yüksəlsə də, yenidən dünənki qiymətə - 55,41 dolara düşüb. Qərbi Texas nefti də 50,80 dollara qədər bahalaşıb. Sonra yenidən 50,26 dollara düşüb.
ABŞ-da "Harvi" qasırğasından sonra neft emalı zavodunun yenidən fəaliyyətə başlaması və buna bağlı olaraq xam neft tələbinin artması ilə ehtiyatların artmasının sürəti azalır. Bütün bunlar qiymətlərə müsbət təsir edir.
Amerika Neft İnstitutunun hesabatına görə, ötən həftə bu ölkədə xam neft ehtiyatları 1,44 milyon barel artıb. Bu gün açıqlanacaq rəsmi rəqəmlərə görə isə gözlənilən 3,9 milyon barellik artımın təxminən yarısı qədər artım olacaq.
Qiymətlərin 50 dollardan baha olmasına görə ABŞ-da istehsalın artması OPEK-in istehsalın dondurulması taktikasının təsirini azaldır. Bununla belə təşkilatın ikinci əsas neft hasilatçısı İraq bazarda qiymətlərin sabitləşməsi üçün hasilatda daha bir faiz azalmanın vacibliyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub