Meksika güclü zəlzələ ilə titrədi - İTKİLƏR ARTIR
Meksikanın mərkəzi Puebla de Saraqosa şəhəri yaxınlığında maqnitudası 7,1 olan zəlzələ baş verib. APA TV-nin “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 18:14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıqda, yerin səthindən 51 km dərinlikdə hiss olunub.
Son məlumata görə, təbii fəlakət nəticəsində 100-dən (təxminən 120) çox insan ölüb. Ölənlərin əksəriyyəti Morelos ştatındadır. Burada rəsmilər son olaraq 54 nəfərin öldüyünü qeyd edib. Zəlzələ zamanı əhali arasında çaxnaşma yaşanıb, sakinlər dərhal binaları tərk edib, yollarda uzun tıxaclar yaranıb. Zəlzələdən sonra yanğınlar, dağıntılar olub, uçqunlar altında insanların qaldığı bildirilir. Buna görə də ölənlərin sayının artacağı istisna edilmir.
Təkanlar paytaxt Mexikoda da hiss olunub. Məlumata görə, Benito Xuares adına hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub