1-ci Dünya müharibəsi zamanı batmış alman sualtı qayığı bir əsr sonra tapıldı
Şimal dənizində Birinci Dünya müharibəsi zamanı batmış bir alman sualtı qayığının gövdəsi aşkarlanıb. APA TV xəbər verir ki, Belçika sahillərində, dənizin təxminən 30 metr dərinliyində rast gəlinən UB-II tipli sualtı hərbi qayıqda 23 cəsədin olduğu güman edilir.
Dalğıcların bildirdiyinə görə, sualtı gəmi yaxşı vəziyyətdə qalıb və oradakı ekipaj üzvlərinin skeletlərinin də qorunduğu istisna edilmir. Hərbi gəminin mina ilə partladılaraq batırıldığını ehtimal edən Qərbi Flandriya əyalətinin rəhbəri Karl Dekalyuve, həmçinin qarətçilərin və həvəskarların diqqətini çəkməməsi üçün onun yerləşdiyi koordinatı gizli saxladıqlarını da vurğulayıb.
Qeyd edək ki, Almaniya istehsalı olan UB-II tipli sualtı qayıqlar 23 nəfərlik ekipaj üçün nəzərdə tutulurdu. 1915-16-cı illərdə istehsal edilən bu qayıqlar 50 metr dərinliyə qədər enə bilirdi.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub