"Şimali Koreyanı tamamilə məhv edərik" - TRAMP HƏDƏLƏDİ
“ABŞ üçün təhdidlər davam edərsə, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz qalmayacaq”.
APA TV-nin xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərkən deyib. O qeyd edib ki, "raket adam" ( Kim Çen In ) öz rejimi və özü üçün sui-qəsd hazırlayır:
“ABŞ-ın çox səbri var, güclüdür, ancaq bizi özümüzü və ya müttəfiqlərimizi müdafiə etməyə məcbur qoyarlarsa, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq. ABŞ hazırdır, hətta buna qadirdir, amma ümid edirik ki, buna ehtiyac qalmayacaq”.
BMT Təhlükəsizlik Şurası tərəfindən Şimali Koreya ilə bağlı qətnamə qəbul edildiyini xatırladan D.Tramp deyib ki, Pxenyana qarşı daha geniş tədbirlər görülməlidir:
“Çin və Rusiyaya sanksiyalarda dəstəyə görə təşəkkür edirəm. Amma bunu daha da genişləndirmək lazımdır. Bütün dövlətlərin birgə fəaliyyət göstərməsinin zamanı yetişib. Düşmən davranışları dayandırılanadək Kim Çen In rejimini sıxışdırmalı və təcrid etməliyik”.
Qeyd edək ki, Şimali Koreya rəhbərliyi ABŞ-ı nüvə silahı ilə təhdid edib. Mətbuata açıqlamasında Şimali Koreyanın müdafiə naziri Pak Yonq-Sık ölkənin təhlükəsizliyini qorumaq üçün hər cür addım atmağa hazır olduqlarını açıqlayıb. Nazir deyib ki, ABŞ Şimali Koreyanı nüvə silahı ilə təhdid etməkdən əl çəkməsə, Şimali Koreya ordusu heç bir xəbərdarlıq etmədən Amerikanın “ürəyinə” ən geniş nüvə zərbəsi endirəcək.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Şimali Koreyaya qarşı qəbul edilmiş qətnamə Pxenyanın ixrac və idxal imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub