"Gazelli" kosmetika zavodunda başlayan yanğın söndürüldü
Bakının Xəzər rayonu ərazisində "Gazelli Group"a məxsus anbarda yanğın baş verib. APA TV-nin məlumatına görə, kosmetika zavodunun anbarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın saat 17:00-da söndürülüb. Yanğınsöndürmə işlərində nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikası iştirak edib.
Hadisə yerinə həmçinin 4 təcili tibbi yardım briqadası göndərilib. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, tüstüdən zəhərlənən 10 nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib. Onların hamısının vəziyyəti yüngül olub, heç kim xəstəxanaya aparılmayıb. Nazirlikdən bildirilib ki, yanğında digər zərərçəkənlərin olması ilə bağlı hələlik məlumat yoxdur.
"Gazelli" şirkətinə məxsus fabrikin ərazisində yanğın dəftərxana məhsulları - bröşurlər və kağız saxlanan anbarda baş verib". Bunu şirkətin hüquqşünası Murad Əliyev deyib. O bildirib ki, təxminən saat 15:00 radələrində anbar yanmağa başlayıb:
"Birdən-birə tüstü qalxdığını gördük. Anbarda çoxlu kağız olduğu üçün alov qısa müddətdə bütün anbar ərazisinə yayıldı. Dərhal fabrikin bütün işçiləri təxliyyə olundu. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edildi. Təxminən 1,5 saat ərzində yanğın tam söndürüldü".
M. Əliyev qeyd edib ki, yanğın nəticəsində heç kim ciddi xəsarət almayıb. Hazırda yanğının baş verməsi səbəbi araşdırılır. İlkin ehtimal kimi elektrik xətlərindəki qısaqapanma göstərilir.
OXŞAR XƏBƏRLƏR
12:50
707
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
710
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1030
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
752
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
754
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
583