Elman Rüstəmov: "Manatın məzənnəsi üçün hər hansı risklər görmürük"

"İnflyasiyanın səviyyəsi ilə bağlı proqnoz vermək çətindir". APA TV-nin xəbərinə görə, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 

Onun sözlərinə görə, yay fəsli ilə əlaqədar ərzaq məhsullarının qiymətindəki ucuzlaşmadan sonra qarşıdakı aylarda inflyasiya "sıçrayışı" olmayacaq və hökumət ilin sonuna inflyasiyanın sürətlənməsini gözləmir: "Bilirsiniz ki, istehlak səbətində ərzağın payı əhəmiyyətlidir. Hər hansı fundamental amil, xarici amildən, yəni inflyasiya ixracından başqa inflyasiyanın sürətlənməsinə səbəb olan daxili amil görmürük".


Elman Rüstəmov əlavə edib ki, hökumətin hələ də müəyyən dərəcədə inflyasiya ilə bağlı gözləntiləri qalıb. Onun sözlərinə görə, əsas vəzifə ilin sonuna qədər bu gözləntiləri effektiv idarə etməkdir: "Maliyyə Sabitliyi Şurası tərəfindən verilmiş qərarlar, formalaşmış makroiqtisadi çərçivəyə əsasən deyə bilərik ki, biz manatın gələcək məzənnəsi üçün hər hansı risklər görmürük". Manatın məzənnəsinin üzən məzənnə rejimində formalaşdığını deyən E.Rüstəmov bildirib ki, tədiyyə balansı müsbət olanda manatın möhkəmlənməsi müşahidə edilir: "Manatın məzənnəsini bazar həll edir. Sadəcə olaraq hökumət, Mərkəzi Bank düşünməlidir ki, bütövlükdə manatın möhkəmlənməsi nə dərəcədə ölkədə həyata keçirilən iqtisadi strategiyaya uyğundur, xüsusi ilə də ixracın şaxələnməsi, ixracın dəstəklənməsi nə dərəcədə doğrudur. Hələlik biz əsaslı qorxu görmürük".

 

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR