Lənkəranda tələbə bıçaqlandı
Lənkəran Dövlət Universitetinin tələbəsi bıçaqlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə universitetin yaxınlığında baş verib.
Astara rayon sakini, universitetin İnformatika ixtisası üzrə məzunu olmuş Elçin Baxşıyevlə eyni ixtisas üzrə 3-cü kursda oxuyan Lənkəran rayonunun Kərgəlan kənd sakini Zəka Həmidov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə Elçin Baxşıyev Zəka Həmidova bıçaqla xəsarət yetirib, özü isə hadisə yerindən qaçıb.
Arterial damarın kəsilməsi səbəbindən çoxlu qan itirən zərərçəkən yoldaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Həkim-cərrah Rasif Axundov Zəka Həmidovun çox ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini söyləyib: "Sağ qasıq nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub. Xəstədə güclü qanaxma var idi. Damarlar tikildi. Hazırda xəstənin vəziyyəti orta-ağır olaraq reanimasiya şöbəsindədir".
Faktla bağlı Lənkəran Rayon (Şəhər) Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub