Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər
Futbol üzrə Çempionlar Liqasının 2018-19 mövsümünün final matçının harada keçiriləcəyinə böyük ölçüdə aydınlıq gəlib.
Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin həlledici oyununun Bakı Olimpiya Stadionunda baş tutmaq ehtimalı artıb.
Çünki digər namizəd Madrid "Atletiko"sunun “Vanda Metropolitano” stadionu UEFA-nın tələblərinə tam cavab vermir. Madrid şəhərindəki arenanın 7000 VİP tutumu var ki, bu da çox az hesab olunur.
VİP zonanın kiçikliyi ilə yanaşı, stadionətrafı ərazi də yetərincə deyil. Bu da qonaqların qəbulu zamanı çətinliklər yarada bilər. Stadionun inşası zamanı “Atletiko” rəhbərliyinin o qədər də önəm vermədiyi bu arqumentlər ÇL-in finalının İspaniya paytaxtında keçirilməsini sual altında qoyub. Nəticədə “Atletiko”nun son 4 ildə Çempionlar Liqasında yüksək səviyyədə çıxış etməsi, 2 dəfə finala, 1 dəfə də yarımfinala çıxması fonunda klubun stadionunun finalı qəbul etmək şansları aşağı qiymətləndirilir.
Həmkarlarımızın iddiasına görə, Bakıdakı idman qurğusu UEFA-nın diqqətini daha çox çəkib. Azərbaycanın vəd etdiyi vergi güzəştlərinin mümkünlüyü arenanı qitə futbol qurumu üçün daha cəlbedici edir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub