Rusiya hərbi gəmiləri Bakıya gəlib
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəlib.
Müdafiə Nazirliyindən APA TV-yə bildirilib ki, qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə gül dəstələri qoyublar.
Səfər çərçivəsində gəmi heyətləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Məktəbindəki tədris prosesi ilə tanış olacaq.
Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Səfər sentyabrın 22-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR
12:50
708
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
711
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1030
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
752
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
754
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
583