Samir Şərifov: "Beynəlxalq Bankın özəlləşdirilməsinə başlaya bilərik"
"Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası aparılır. Restrukturizasiya prosesi başa çatdıqdan sonra bankın özəlləşdirilməsi məsələsi gündəliyə çıxarılacaq".
APA TV-nin xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, artıq dövlət bankının özəlləşdirilməsi öncəsi tədbirlərini həyata keçirmək olar: "Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycana səfəri zamanı bununla maraqlandı. Adıçəkilən maliyyə təşkilatı bu prosesdə iştirak etmək üçün maraq göstərib. Bu müzakirələri gələcəkdə də davam etdirəcəyik".
Hər hansı başqa beynəlxalq maliyyə qurumunun ABB-nin özəlləşdirilməsinə maraq göstərməsinə gəlincə, nazir deyib ki, hələlik bu barədə danışmaq çox tezdir. S.Şərifov bildirib ki, özəlləşdirilmə prosesinə təcrübəli və beynəlxalq arenada nüfuzu olan məsləhətçilər cəlb ediləcək: "Bunun əsasında bankın özəlləşdirilmə strategiyası formalaşacaq və bundan sonra həmin strategiya hökumət tərəfindən qəbul edildiyi təqdirdə, özəlləşməyə açıq elan olunacaq. 2018-ci ilin əvvəlində biz bu proseslərə başlaya bilərik".
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub