Vertolyot tamaşaçıları atəşə tutdu - HƏRBİ TƏLİMDƏ İNSİDENT

Rusiya və Belarus hərbçilərinin birgə keçirdiyi "Qərb-2017" təlimlərində insident yaşanıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, vertolyotlardan biri döyüş uçuşu yerinə yetirərkən atəş məsafəsini düzgün təyin etməyib və raket hədəfdən yayınaraq izləyicilərin olduğu sektorun yaxınlığına düşüb.

 

Hadisə nəticəsində iki nəfər yaralanıb. Fakt araşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR