Kərküklü fəal APA TV-yə danışdı: “Şəhərdə hər an müharibə başlaya bilər”

Kərkükdə İraq Türkmən Cəbhəsinin bürolarına basqının təfərrüatları məlum olub. Kərküklü fəal Yəhya Əli Mehdi APA TV-yə verdiyi açıqlamada axşam saatlarında kürd terrorçuların Bərzani bayrağı ilə Kərkükdə dolaşmağa başladığını deyib:

 

“Türkmən partiyalarının önündə güc nümayiş etdirir, havaya atəş açırdılar. Türkmənlərə atəş açdılar, türkmənlər onlara qarşılıq verdi. Kürdlərdən bir nəfər öldü, üç nəfər yaralandı. Ona görə Kərkükdə fövqəladə hal elan olunub. Dünən gecə boyu PKK və peşmərgə türkmən məhəllələrinə hücum ediblər. 40 dəqiqə boyunca İraq Türkmən Cəbhəsinin Kərkük vilayət mərkəzi atəşə tutulub”.

 

Yəhya Əli Mehdi gecə saat 12-dən sonra Kərkükdə insanlar evdən çölə çıxmadığını deyib:

 

“Hər kəs evində oturub. Kürdlər silahlanıb. Türkmənlər də öz bölgələrini qoruyur. Hər an böyük müharibə ola bilər. Ayən 25-də referendum keçirəcəkləri üçün insanları zorla səsverməyə aparmaq  istəyirlər. Kərkük xalqı bir aydır kampaniyaya başlayıb, insanları referenduma getməməyə çağırır. Bir aydır çalışırıq. Onlar bu işləri istəmirlər, bəyənmirlər. Buna görə də PKK və Bərzani tərəfdarları dünən gecə saat 10-dan başlayaraq Kərkükdə stabilliyi pozmağa çalışdılar”.

 

Yəhya Əli Mehdi "Haşdi Şabi"nin liderinin dünən Kərkükə gəldiyini deyib:

 

“Şəhərin küçələrində dolaşıb getdi. Türkmən qüvvələri isə güclü olmadığı üçün ancaq türkmən partiyalarını, türkmən iş adamlarını qoruya bilir”.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR