Britaniyalı nazir Bərzaniyə referendumu təxirə salmağı təklif etdi
İngiltərənin müdafiə naziri Maykl Fellon Ərbildə kürd muxtariyyətinin lideri Məsud Bərzani ilə görüşüb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, görüşdə bölgədə keçirilməsi nəzərdə tutulan 25 sentyabr referendumu müzakirə olunub.
M. Fellonun sözü gedən referendumu təxirə salmaq barədə təklifinə cavab olaraq M. Bərzani bölgənin müstəqilliyinin təminatı məsələsində beynəlxalq ictimaiyyətin Bağdadla dialoqa zəmanət verməli olduğunu bildirib.
"İndiyədək edilən təkliflər Bağdadın müstəqillik barədə danışıqlara hazır olması demək deyil. Bu səbəbdən də bölgənin müstəqilliyinə təminat verilmədən, sadəcə dialoq naminə referendumun təxirə salınması müzakirə mövzusu ola bilməz" - deyə, Kürd muxtariyyətinin lideri bəyan edib.
OXŞAR XƏBƏRLƏR
12:50
721
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
724
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1043
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
754
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
756
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
585