Senat Pentaqona 700 milyard dollar ayırdı

ABŞ Senatı 2018-ci ilin hərbi xərclərinə 700 milyard dollar vəsait ayırıb.

 

APA TV-nin "Associated Press"ə istinadən məlumatına görə, qanunun lehinə 89, əleyhinə 8 senator səs verib.

 

Sənəd ABŞ-ın raketdən müdafiə sistemləri miqyasının genişləndirilməsini, habelə Şimali Koreya təhlükəsinə qarşı müdafiəni nəzərdə tutur.

 

Xatırladaq ki, Şimali Koreya sentyabrın 15-də növbəti dəfə raket buraxılışı həyata keçirib. Bundan bir gün sonra ölkə lideri Kim Çen In nüvə sisteminin formalaşmasının yekun mərhələdə olduğunu və bu addımın ABŞ-ı müharibə variantından çəkindirmək məqsədi daşıdığını açıqlayıb.

 

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli, prezident Donald Tramp və Cənubi Koreya lideri Si Tzsinpin problemin həllinin BMT çərçivəsindən çıxdığını və Pxenyana təzyiqləri artırmağın vacibliyini bəyan ediblər.

 

 




 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR