Kərkükdə atışmalar başlayıb, ölən və yaralananlar var
İraqın Kərkük şəhərində kürd peşmərgə qüvvələri Türkmən Milliyyətçi Hərəkətinə silahı hücum edib, şəhərdə fövqəladə vəziyyət elan olunub.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İraq Türkmən Cəbhəsinin sədri Erşad Salihi hadisə barəsində açıqlama verib: "Bir qrup silahlı kürd peşmərgə Türkmən Milliyyətçi Hərəkətinin önündən keçərkən silahla atəş açıb. Partiya binasında olan türkmən qüvvələri hücuma qarşılıq verib. Nəticədə bir müddət atışma olub".
Türkmən Milliyyətçi Hərəkətinin sədr müavini Abbas Bayatlı "hücumda kürdcə danışan bir silahlı öldürülüb, iki nəfər yaralanıb" - deyə, bildirib.
Şəhərin bəzi bölgələrində atışmaların davam etdiyi qeyd olunur.
Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyəti rəhbərliyi sentyabrın 25-də müstəqillik referendumu keçirmək niyyətindədir. İraq hökuməti, Türkiyə, İran, eləcə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar referendumun keçirilməsinə etirazını bildirib.
Kərkük kürdlərin muxtariyyət ərazilərinə daxil etmək istədiyi bölgədə yerləşir. Şəhərin əhalisinin böyük qismini türkmənlər təşkil edir. Kürdlərin kütləvi köçündən sonra artıq şəhər əhalisinin yarısını onlar təşkil edir. Türkmən və ərəb əhali referendumda iştirak etmək istəmir. Hücumun türkmənləri qorxutmaq niyyəti ilə törədildiyi güman olunur.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub