Rusiyada dünya çempionunu öldürən azərbaycanlı gənc polisə təslim oldu
Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov könüllü təslim olub.
APA-nın məlumatına görə, bu barədə Rusiya mətbuatı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.
Təqsirləndirilən şəxsə qarşı daha əvvəl məhkəmə tərəfindən qiyabi həbs-qətimkan tədbiri seçilib. Hazırda onun istintaq orqanlarına ifadə verdiyi bildirilir.
Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçov arasında Xabarovsk şəhərinin "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A. Draçov xəstəxanada keçinib, A. Allahverənov isə hadisə yerindən qaçıb.
OXŞAR XƏBƏRLƏR
12:50
720
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
723
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1042
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
754
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
756
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
585