Neftin qiyməti 55-56 dollar arasında dəyişir

ABŞ-da neft buruqlarının sayının azalması və neft emalı zavodlarında xam məhsula tələbatın artması səbəbilə “qara qızıl”ın qiyməti yüksək həddə qalır. APA TV-nin məlumatına görə, “Brent” markalı neftin qiyməti həftənin ilk seanslarına nəzərən ucuzlaşsa da, yenə də aylıq maksimumdan aşağı enmir. Hazırda bu markadan olan neft 55,38 dollara satılır, Qərbi Texas nefti isə 50,28 dollardan təklif olunur. İki marka arasında fərq 5 dollara enməkdədir, bu, ABŞ-da xam neftə tələbatın artması ilə izah olunur.

 

Bu gün Amerika Neft İnstitutu ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair növbəti həftəlik hesabatı açıqlayacaq. Analitiklərin fikrincə, bu həftə kommersiya ehtiyatlarının artacağı gözlənilir. Həcmin nə qədər artacağı ABŞ Energetika Nazirliyinin sabah açıqlanacaq hesabatından sonra dəqiq məlum olacaq. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR