Burcanadze: "Saakaşvili MKİ-nin tapşırıqlarını yerinə yetirir"

"ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Mixail Saakaşvilinin köməyi ilə 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı zamanı təxribata əl atacaq".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Gürcüstan parlamentinin sabiq spikeri Nino Burcanadze açıqlayıb.

 

O qeyd edib ki, Saakaşvili böyük planın tərkib hissəsidir və Rusiya mətbuatı onun şəxsiyyətinə diqqəti artırmaqla yanlış addım atır.

 

Planın tərkib hissəsinə gəlincə, burada söhbət təkcə dünya çempionatının keçirilməsinə mane olmaqdan yox, eyni zamanda həmin il Rusiyada keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir etməkdən gedir.

 

Burcanadze bildirib ki, plan çərçivəsində Saakaşvilinin qarşısında Rusiya, Ukrayna, Moldova və Gürcüstan üçün ciddi problemlərin yaradılması tapşırıqları da var. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR