Xəzər rayonunda ödənilməyən cərimələrlə bağlı reyd keçirilib

Xəzər rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ödənilməyən cərimələrlə bağlı reyd keçirib.

 

APA TV-nin xəbərinə görə, reyd zamanı etibarnamə olmadan avtomobili idarə edənlərə də rast gəlinib.

 

Sürücülər arasında cərimələndiklərindən xəbərsiz olduqlarını deyənlər də olub.

 

Reyd zamanı saxlanılan sürücülərin ödənilməyən cərimələrinin olub-olmaması patrul avtomobillərində olan xüsusi bort kompüterlər vasitəsilə yoxlanılıb.

 

Təşkil olunan reyd zamanı bu tipli qayda pozuntularına yol verən sürücülərin avtomobilləri cərimə meydançasına yerləşdirilib.

 

Qeyd edək ki, bu ilin 8 ayı ərazində Xəzər rayon DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 7970 inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməyi ilə qaydaları pozan 25 min hərəkət iştirakçısı inzibati qaydada cərimələnib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR