İraq Ali Məhkəməsi Kürdüstanın müstəqillik referendumuna "yox" dedi

İraq Ali Məhkəməsi Kürdüstanın müstəqillik referendumunun dayandırılmasına qərar verib.

 

APA TV-nın "Agence France-Presse" agentliyinə istinadən məlumatına görə, qərar bu gün rəsmən elan olunub.

 

Qeyd edək ki, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də Kürdüstanda müstəqillik referendumunun keçiriləcəyini açıqladıqdan sonra hökumət və parlament bu qərarın qanunsuz olduğunu açıqlayıb, ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri isə Məsud Bərzani ilə görüşərək referendumu təxirə salmağa çağırıblar. Kürdüstanın ali seçki qurumu isə bu təklifi rədd edib.

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR