Türk ordusu İraq sərhədində hərbi təlimlərə başladı
Türkiyə Silahlı Qüvvələri İraq sərhədində hərbi təlimlərə başlayıb. APA TV-nin məlumatına görə, təlimlər Silopi-Habur bölgəsində keçirilir.
Təlimlərdə böyük hissəsi tank olmaqla ümumilikdə 100 hərbi texnika iştirak edir.
Təlimlərlə eyni vaxtda sərhəd bölgəsində terrorla mübarizə əməliyyatları da aparılır.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraq Kürd Muxtariyyətində sentyabrın 25-də keçirilməsi nəzərdə tutulan müstəqillik referendumu ilə bağlı muxtariyyətin rəhbəri Məsud Bərzanini tənqid edib. Ərdoğan bildirib ki, referendum məsələsinə görə sentyabrın 27-də keçirilməsi nəzərdə tutulan Milli Təhlükəsizlik Şurasının iclası beş gün əvvəl - ayın 22-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
12:50
721
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
724
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1042
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
754
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
756
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
585