İsti hava davam edəcək

Sentyabrın 19-da Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

 

ETSN-dən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 17-21, gündüz 30-35 dərəcə isti, Bakıda gecə 18-20, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amil olsa da, havada rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR