İran İraq Kürdüstanını hədələdi - SƏRHƏDLƏR BAĞLANA BİLƏR
İraqın Kürd Muxtar Vilayətində sentyabrın 25-də keçirilməsi nəzərdə tutulan müstəqillik referendumunun vaxtı yaxınlaşdıqca bölgədə gərginlik artır.
APA TV-nin məlumatına görə, İraq prezidentinin köməkçisi Nuri əl-Maliki vilayətdə keçiriləcək referendumla bağlı "İraqın şimalında ikinci İsrailin qurulmasına icazə verməyəcəyik" deyib.
Malikinin mətbuat xidməti tərəfindən paylaşılan yazılı açıqlamada referendumun nə İraq xalqının, nə də kürdlərin maraqlarına xidmət edəcəyini, qanuni olmadığını, ertələnməsi və ya ləğv olunmasının zəruriliyi bildirilib.
Qeyd edək ki, İraqın baş naziri Heydər əl-Abadi də referendum qərarının konstitusiyaya uyğun olmadığını iddia edərək "nəticəni tanımayacaqlarını" bildirib. İsrailin baş naziri Binyamin Netanyahu ötən həftə bir kürd dövləti qurulmasını dəstəklədiklərini söyləyib.
İran Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxani isə ölkəsinin sadəcə birləşmiş və federal İraq hökumətini rəsmən tanıdığını, Şimali İraq Kürd Muxtariyyətinin İraqdan ayrılacağı halda, Ərbil ilə olan bütün anlaşmaları ləğv edəcəyini vurğulayıb. O, İranın Ərbil hökuməti ilə olan bütün münasibətlərinin İraqın ərazi bütövlüyü çərçivəsində olduğunu söyləyib.
Şamxani sərhəd-keçid məntəqələri ilə bağlı razılaşmalara işarə edərək, "Kürdüstan bölgəsi İraqdan ayrılarsa, bütün sərhəd-keçid məntəqələri və yollar bağlanacaq" deyə qeyd edib.
İran rəsmisi referendumun kürd muxtariyyəti üçün çətin vəziyyət yaradacağını deyib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub