Neft bazarında balans yaranır, “qara qızıl” bahalaşır
ABŞ və Avropada yanacağa tələbatın artması bazarda artıq neft həcmi problemini aradan qaldırmağa başlayıb. OPEK-ə üzv ölkələrin hasilatı öhdəliklərə uyğun səviyyədə azaltması da neftin qiymətini dəstəkləyir. OPEK gələn il neftə olan gündəlik tələbatın 1,35 milyon barel artacağını proqnozlaşdırır.
Bu amillər nəticəsində “Brent” markalı neftin qiyməti bahalaşıb. Həftənin ilk ticarət sessiyalarında bu markadan olan neftin bir bareli 55,74 dollara satılır, Qərbi Texas nefti isə 50,48 dollardan təklif olunur. İki marka arasında qiymət fərqinin getdikcə azalması ABŞ-ın neft bazarına təsirini kiçik templərlə bərpa etməsi ilə izah olunur.
Bu gün dünyanın aparıcı informasiya agentliklərinin neft analitikləri və ekspertlər arasında keçirdiyi sorğunun nəticələri açıqlanacaq. Həftə ərzində neftin qiymətinə təsir göstərəcək digər ənənəvi amillər isə Amerika Neft İnstitutunun və ABŞ Energetika Nazirliyinin ölkədəki kommersiya neft ehtiyatlarının həcminə dair hesabatları olacaq. Bundan başqa “Baker Hughes” konsaltinq şirkətinin ölkədə hasilata cəlb olunan neft buruqlarının sayına dair hesabatı da həftə sonu qiymətlərə təsir göstərəcək əsas amillərdən sayılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub