Mingəçevirdə 5-ci mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qaldı - VƏZİYYƏTİ AĞIRDIR
Mingəçevir şəhərində 2 yaşlı körpə doqquzmərtəbəli binanın beşinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə sentyabrın 17-də axşam saatlarında şəhərin məcburi köçkünlər üçün yeni salınan şəhərciyində qeydə alınıb.
Valideynləri ilə birgə Bakıdan Mingəçevirə qonaq gələn 2015-ci il təvəllüdlü Balayev Kənan Emin oğlu nəzarətsiz buraxıldığı üçün beşinci mərtəbədəki mənzilin eyvanından yerə yıxılıb. Ağır bədən xəsarətləri alan körpə uşaq təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın vəziyyəti ağır olduğu üçün kömək məqsədilə paytaxtdan ixtisaslı həkim dəvət edilib. Hazırda onun həyatı üçün təhlükə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub