"Kərkük böhranı" böyüyür - BÖLGƏDƏ FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNA BİLƏR
İraq parlamenti Kərkük vilayət məclisinin ləğv olunması üçün imza toplayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, məclis ləğv olunarsa vilayətdə fövqəladə vəziyyət elan olunacaq.
Anadolu agentliyinə danışan türkmən millət vəkili Niyazi Memaroğlu "Mərkəzi hökumətin qərarlarını həyata keçirməməsinə görə Kərkük vilayət məclisini ləğv etmək üçün 74 millət vəkilinin imzasını topladıq" deyib. İmzaların 200-ə çatdırılması planlaşdırılır.
Memaroğlu bildirib ki, problem Kərkük valisinin vəzifəsindən alınması ilə həll olunmayacaq və məclisin referendum məsələsində israr etməsi yeni problemlərə gətirib çıxaracaq.
"Kərkükdə referendum keçirilərsə kürd qüvvələri bütün mübahisəli bölgələrdə hegemonluq edəcək. Bu da həmin bölgələr üçün ciddi təhlükə yaradacaq".
Memaroğlu "Kərkük vilayət məclisi ləğv olunarsa şəhərdə fövqəladə hal elan olunacaq və şəhər hərbi komandan tərəfindən idarə olunacaq" deyə, əlavə edib.
Qeyd edək ki, iki gün öncə Kərkük valisi Nəcməddin Kərimi vəzifəsindən götürülüb.
İraq parlamentinin kürd mənşəli ölkə prezidenti Fuad Masumun da vəzifəsindən azad olunması üçün hərəkətə keçdiyi iddia olunur.
Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani isə bu günkü açıqlamasında referendumun yerinə hər hansı bir alternativ olmadığını bildirib.
Xatırladaq ki, ABŞ, Türkiyə, Avropa Birliyi ölkələri sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətində keçirilməsi nəzərdə tutulan müstəqillik referendumuna qarşı çıxış ediblər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub