İslam ölkələrindən olan gənclər esse yazdı: "Mən Azərbaycan haqqında nə bilirəm?"
"Ötən gün prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı Azərbaycan gənclərinin inkişafında yeni bir mərhələ olacaq".
Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
O bildirib ki, bu proqramın təsdiq edilməsi haqqında sərəncamın imzalanması çox əlamətdar bir haldır. Nazir müavininin sözlərinə görə, bir gün öncə yeni neft kontraktının imzalanmasından sonra gənclərə yönəlmiş dövlət sənədinin qəbul edilməsi rəmzi hal daşıyır: "Hər iki sənəd Azərbaycanın gələcəyini, inkişafını nümayiş etdirir. Azərbaycanda gəncliyin inkişaf strategiyası qəbul olunub və bu strategiya çərçivəsində müəyyən dövrləri əhatə edən dövlət proqramları hazırlanır, icra edilir və 2017-2021-ci illəri əhatə edən sənəd sayca artıq 3-cü dövlət proqramıdır. 11 fəsil, 104 bənddən ibarət olan bu proqramda müasir dövrün tələblərinə cavab verən, eyni zamanda gənclərin inkişaf strategiyasından irəli gələn hədəflər öz əkisini tapıb".
Qeyd edək ki, bu gün Bakıda İslam ölkələrinin gəncləri arasında keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm?" esse yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu müsabiqə 2011-ci ildən etibarən keçirilir və bu günədək 50-dən artıq dövlətdən 500-ə yaxın qalib müəyyənləşib.
Müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqatçılarının Azərbaycanı yaxından öyrənmələri və elmi-tədqiqat fəaliyyətlərini müəyyən etmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaqdır.
İntiqam Babayev qeyd edib ki, prezidentin sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinə əsasən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq bu il müsabiqə yalnız islam ölkələri arasında keçirilib: "Azərbaycana gəldiyim üçün çox məmnunam. Azərbaycan haqqında xəyal edirdim. Bu ölkəyə gəlməyi çox istəyirdim. Müsabiqə haqqında eşitdikdən sonra Azərbaycan haqqında inşa yazdım və seçildim. Qonaqpərvərliyiniz üçün təşəkkür edirəm. Həmçinin sizi Albaniyaya dəvət edirəm".
"Mən bu inşa barədə Azərbaycanın Pakistandakı səfərliyindən eşitdim. Müraciət etdim . Baycan böyük qardaş deməkdir. Bizim üçün də Azərbaycan böyük qardaşdır. Biz həmişə Azərbaycanı dəstəkləyirik".
Sonda qaliblərə sertifikatlar verilib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub