İraq ordusu İŞİD-in son "qala"sına hücuma keçdi

İraq ordusu ölkənin qərbindəki İŞİD-in nəzarətində olan Anbar əyalətinə hücuma keçib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə İraq Müdafiə Nazirliyi açıqlama yayıb.


Əməliyyata İraq ordusundan başqa "Haşdi Şabi" və sərhəd xidmətinin hərbçiləri də cəlb edilib.

İlkin məqsəd Akaşat yaşayış məntəqəsini terrorçularda təmizləməkdir. Çünki adı çəkilən ərazi Əl-Qaim şəhərinə aparan, İŞİD-in əlində olan və Suriya sərhədində yerləşən strateji yolun üzərindədir.

Anbar əyalətində İŞİD həmçinin Ana və Rava şəhərlərini də əlində saxlayır.

Akaşatda İŞİD-in böyük silah anbarının da olduğu bəllidir. Burada həm də onların təlim düşərgələri var.

Ölkənin baş naziri Haydar əl-Abadi əməliyyatın tezliklə başa çatdırılacağına əmin olduğunu deyib.
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR