"KamAZ"ı aşırdı, ot bağlamaları yola dağıldı, hərəkət dayandı - HADİSƏ YERİNDƏN
Zaqatalanın mərkəzində ot maşını aşıb, yolda hərəkət dayanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri Heydər Əliyev prospektində baş verib.
Zərdab rayon sakini Səbuhi Abdullayev idarə etdiyi "KamAZ" markalı 10 NP 864 dövlət nömrə nişanlı qoşqulu yük avtomobili ilə dönmə əməliyyatı edərkən maşının qoşqusu aşıb. Nəticədə qoşquda olan 250 ədəd ot bağlaması prospektdə dağılıb. Bu səbəbdən prospektdə avtomobillərin hərəkəti məhdudlaşıb. Əraziyə əlavə texnika cəlb edilərək yola dağılmış ot bağlamaları və yük maşınının qoşqusu götürüldükdən sonra prospektdə hərəkət yenidən bərpa edilib.
Sürücü Səbuhi Abdullayevin bildirdiyinə görə, o daim Zaqatala və Balakənə satmaq üçün ot bağlamaları gətirir. Zaqatala şəhərinin girişindəki körpü təmirə bağlandığı üçün yük avtomobilləri üçün ayrılmış hərəkət istiqamətini dəqiq bilmədiyindən səhvən Zaqatala şəhərinə daxil olub. Sürücünün sözlərinə görə, yolu azmasına səbəb yolda hərəkəti istiqamətləndirən yol nişanlarının olmamasıdır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub