İŞİD-in böyük bir qruplaşması Əsəd qüvvələrinə təslim oldu
Suriyanın Deyr-əz-Zor bölgəsində İŞİD terror təşkilatının böyük bir qruplaşması Əsəd qüvvələrinə təslim olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Suriya ordusu güclü hücumla Əl-Muriyə yaşayış məntəqəsini və iki strateji yüksəkliyi - Sarda və Karrum adlı dağlıq əraziləri azad edib.
İŞİD Fərat çayının digər sahilinə - 5-7 kilometr geriyə çəkilməyə məcbur olub.
Mühasirəyə düşən bir qrup terrorçu isə təslim olmağa məcbur olub.
Bölgədə şiddətli döyüşlər davam edir. Əsəd qüvvələri Rusiya hərbi kontingentinin dəstəyi altında Deyr-əz-Zorun iki istiqamətinə doğru irəliləyir. Məqsəd İŞİD əlində olan hərbi aviabazanı geri almaqdır.
Bundan əlavə Cafra rayonu ərazisində də İŞİD Fəratın qarşı sahilinə daşınmağa məcbur edilib. Buna baxmayaraq bir qrup terrorçu müqaviməti davam etdirir. Onlar Məyadin və Deyr-əz-Zoru birləşdirən yola nəzarəti əldən vermək istəmir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub