Valideynlərdən bağçada uşaqlara yemək vermək üçün pul tələb olunub? - ARAŞDIRMA

"Bağçamı sevirəm. Çoxlu dostlarım var. Yeməklər də yaxşıdır. Burda istədiyim yeməkləri yeyirəm".

 

"Yemək yemək istəmirəm. Makaron veriblər. Mən xoşlamıram. Şorba yemişəm. İndi də çörək yeyirəm".

 

Bu görüntüləri bir neçə gündür sosial şəbəkələrin və bir sıra mətbu orqanlarının gündəmini həbs edən Sumqayıt şəhəri  "Günəş"  11 saylı körpələr evi uşaq bağçasında lentə almışıq. O bağça ki, uşaqlara yemək vermək üçün valideynlərdən hər ay 20 manat pul istənildiyi iddia olunur.

 

Məsələnin mahiyyətini araşdırmaq üçün bir neçə saat gözləməli olsaq da, uşaq evində çəkiliş aparmağa müvəffəq ola bildik. Müəllim və tərbiyəçi heyəti ilə görüşdük, uşaqlarla söhbətləşdik. Bağçanın müdiri Esmira Behbudova ilə rastlaşmadıq.

 

Gəlişimiz nahar fasiləsinə təsadüf etdiyindən mətbəxə baş çəkib menyu ilə maraqlandıq.  Bildirildi ki, uşaqlar nahar fasiləsində şorba və ətli makaron yeyəcəklər: "Borşu sevirəm. Burda verəndə yeyirəm. Dostlarım da yeyir. Yeməklər xoşuma gəlir. İkinci yeməyimiz ətli xörəklər olur. Onu da yeyirik" .

 

"Mən də 5 ildir bu bağçaya gəlirəm. Hər şey qəşəngdir. Yemək də. Burada doyuram. Bağçaya əlavə yemək gətirmirəm".

 

220 yerlik  bu uşaq bağçasında hazırda 12 qrupda 360 uşaq təlim-tərbiyə alır.

Övladlarını buraya gətirən valideynlərlə də görüşdük: "Yaxşı davranırlar, qidalanmasından da narazı deyilik.  Davranış da ürəyimizcədir".

 

"Mənim qardaşım oğlu da bu bağçaya gedib. Əgər ürəyimcə olmasaydı, mən öz uşağımı bu bağçaya qoymazdım. 4 ildir bu bağçaya gedib gəlirəm. Narazılığım yoxdur".

 

Müşahidə apardığımız bağçalardan biri isə Sumqayıtdakı 45 saylı körpələr evidir. Gəlişimiz uşaqların yuxu vaxtına təsadüf etdiyində səssizliyi qoruduq. Gördüyümüz mənzərə göz oxşayırdı.

 

45 saylı 12 qrupluq 220 yerlik  bu bağçada hazırda 290 uşaq tərbiyə alır.

 

Məlum olduğu kimi artıq 4 ilə yaxın bir müddətdir ki, ölkə başçısının müvafiq sərəncamı ilə körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib.

 

Elə buna görə də üz tutduq Sumqayıt şəhər İcra Hakimiyyətinə. Bildirildi ki,  şəhərdə 56 uşaq bağçası körpələr evi fəaliyyət göstərir. Bunlardan 48-də dam örtüyü, istilik sistemləri yenidən qurulub, təmir işləri aparılıb. Bundan başqa qida blokları, anbar, mətbəx, sanitar qovşaqları yenilənib, yeni invertarlarla təmin edilib.

 

İcra hakimiyyətindən bağçalarda qidalanmaya xüsusi diqqət ayrıldığını bildirirlər. Qeyd olunur ki, ərzaq təchizatı mərkəzləşdirilmiş qaydada həll olunur. Bu prosesi “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yerinə yetirir. Buna baxmayaraq ərzağın kəmiyyəti və keyfiyyətinə Sumqayıt şəhər İcra Hakimiyyəti cavabdehdir.

 

Həkim Pediatr Sevim Abdullayeva hesab edir ki, uşaq müəssisələrində qidalanmanın təşkilində menyunun tərtibi çox vacib rol oynayır: "Bu tərtibat zamanı uşağın gün ərzində nə qədər kalori almalı olduğu əsas götürülür. 3-7 uşaqlar 1800 kaloriyə qədər enerji almalıdır. Bu kalori gündəlik olar bölünməlidir. Menyular iki cür tərtib edilməlidir".

 

Qidalanma rejimi uşaqların inkişafda olan orqanizmini enerji və əsas qida maddələri ilə təmin etməlidir.

 

Sevim Abdullayeva deyir ki, yeməyin keyfiyyəti, yeməklərin hazırlanma səviyyəsi haqqında müvafiq qeydlər aparıldıqdan və müayinə üçün nümunə götürüldükdən sonra hazır yeməklərin uşaqlara paylanmasına icazə verilir. Porsiyalara ayrılmış yeməklərin çəkisi bölgü menyusundakı göstərici ilə eyni olmalıdır.

 

Əgər hər hansı çatışmazlıqlar qeyd olunarsa, yalnız çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yeməklərin paylanmasına icazə verilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR