Kim Çen In: "ABŞ-ı məhv edənə qədər nüvə silahını inkişaf etdirəcəyik"

"ABŞ-a güclü cavab zərbəsi endirməyə qadir olanadək Şimali Koreya nüvə silahını inkişaf etdirməyə davam edəcək".

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə,  bunu Şimali Koreyanın lideri Kim Çen In bəyan edib:

 

"Ölkəmizin maraqlarına qarşı təhdidlərə son qoymaq üçün ABŞ-la nüvə paritetinə nail olmalıyıq. Bu, tezliklə baş verəcək".

 

Ötən gün KXDR "Xvason - 12" ballistik raketin sınağını keçirib. Kim Çen In sınaqda iştirak edib. Raket Yaponiya üzərindən keçərək, Hokkaydo adasındakı Erimo burnundan 2000 km aralıda okeana düşüb.   

 

Sentyabrın 13-də BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. Sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR