Odessada faciə: İstirahət düşərgəsində uşaqlar diri-diri yandı

Ukraynanın Odessa şəhərində "Viktoriya" uşaq istirahət düşərgəsində güclü yanğın baş verib.

 

APA TV-nin Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 23:30-da, uşaqlar yatan zaman qeydə alınıb.

 

Yanğın baş verən anda düşərgədə 150 uşaq olub, onlardan 3-ü ölüb.
 

Hazırda yanğın tamamilə söndürülüb.  İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR