PARTLAYIŞ iki yanğınsöndürənin həyatına son qoydu
Moskvanın şərqində baş verən böyük yanğının söndürülməsi zamanı iki xilasedici həyatını itirib. 30 noyabrda gecə saatlarında qaraj kompleksinin içində taxta-şalban və dəzgah materialları anbarı yanıb. İki xilasedici həyatları bahasına anbarda işləyən iki işçini evakuasiya ediblər. İlkin məlumatlara görə, hadisəyə səbəb elektrik şəbəkəsində baş vermiş qısaqapanma olub. Yanğın 700 kvadrat metr ərazini əhatə edib. Hadisə yerində 25 ədəd texnika və 92 nəfər işçi işləyib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin iki xilasedicisi işçiləri xilas etdikdən sonra son müşahidə üçün içəriyə qayıdıblar. Bu zaman partlayış baş verib. Daha sonra onlarla əlaqə itib. Hadisə yerindən onların cəsədi tapılıb.
OXŞAR XƏBƏRLƏR
19:44
495
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
521
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
721
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2153
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2125
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1953