İŞİD London terroruna görə məsuliyyəti üzərinə götürdü
İŞİD terror qruplaşması London metrosundakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Terror aktı nəticəsində yaralananların sayı isə 29-a çatıb. Bundan əvvəl 22 nəfərin yaralandığı bildirilirdi.
Xəsarət alanların həyatlarına təhlükə olmadığı bildirilir. Polis hadisəni terror aktı kimi qiymətləndirib. Skotland-Yarddan bildirilib ki, qatarda yerləşdirilən əldəqayırma partlayıcı qurğu tam işə düşməyib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilib. Onun adı hələlik açıqlanmır.
Terror aktından sonra Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi “ciddi”dən “kritik”ə yüksəldilib. Bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib. Britaniyada terror təhlükəsinin 5 səviyyəsi mövcuddur. “Aşağı” səviyyə terror aktının az ehtimal olunduğunu bildirir. Bundan sonra təhlükənin miqyasının artdığını göstərən "sadə", "ciddi", "yüksək" və "kritik" səviyyələr gəlir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub