Kürdəmirdə dəhşətli qəza: iki azyaşlı qardaş öldü, bir uşaq yaralandı
Kürdəmirdə 2 azyaşlı qardaşın ölümü, 1 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə sentyabrın 15-də axşam saatlarında Bakı-Qazax magistral yolunun Ucar və Kürdəmir rayonları arasındakı hissəsində qeydə alınıb.
Bakı sakini Elmin Hüseynova məxsus “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq səkiyə çırpılıb. Nəticədə sürücünün övladları - 2011-ci il təvəllüdlü oğlu Ucal Elmin oğlu Hüseynov və 2013-cü il təvəllüdlü Firdovsi Elmin oğlu Hüseynov, eləcə də maşında olan digər sərnişin, 2011-ci il təvəllüdlü Alsu Feyruz qızı Fərzəliyeva müxtəlif xəsarətlərlə Kürdəmir Rayon mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, 6 yaşlı Ucal və 4 yaşlı Firdovsi Hüseynov qardaşları xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub