Səfir: "Dağlıq Qarabağ Türkiyənin də problemidir"

"Azərbaycanın ən böyük yarası olan Dağlıq Qarabağ Türkiyənin də problemidir". APA TV-nin xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 

O bildirib ki, bu iki dövlət həmişə birlikdə olarsa, daha da güclənəcək: "Biz qardaş dövlətlərik. Dağlıq Qarabağ problemini də birlikdə həll etməyə davam edirik. Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür".

 

Türkiyə və Azərbaycanın Hərbi  Hava  Qüvvələrinin birgə təlimlərindən danışan səfir qeyd edib ki, hərbi əməkdaşlığı artırmaq üçün iki ölkənin Silahlı Qüvvələri arasında münasibətlər daha da yaxınlaşmalıdır. O əlavə edib ki, hazırda həyata keçirilən "TürAz" hərbi təlimləri, danışıqlar və birgə tədris yolu ilə bu əməkdaşlıq daha da inkişaf etdirilir: "Bu istiqamətdə də fəaliyyətlər davam edir və iki ölkənin Silahlı Qüvvələri arasında münasibətlər yaxşılaşır".

 

Qeyd edək ki, Bakının işğaldan azad olmasının 99-cu ildönümü münasibətilə paytaxtdakı Türk Şəhidliyi abidəsi ziyarət olunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR