Azərbaycan-Fransız Universitetinin yeni binası istifadəyə verildi
"Təhsil ölkələr arasında səmərəli əlaqələrin qurulmasına mühüm töhfə verir".
APA TV-nin məlumatına görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov Azərbaycan-Fransız Universitetinin açılışı ilə bağlı keçirilən tədbirdəki çıxışında bildirib: “UFAZ layihəsi üçün Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin seçilməsi təsadüfi deyil. Çünki Azərbaycan neft və enerji ölkəsidir, beynəlxalq layihələrdə dövlətimizin iştirakı onun gücünü göstərir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də ölkədə neft sənayesi sahəsində yüksək mütəxəssisli kadrların yetişdirilməsində mühüm rol oynayır. Bu il qəbul imtahanlarında UFAZ-a müraciətlərdə artım müşahidə olunub”.
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan isə UFAZ-ın yeni tədris binasının istifadəyə verilməsini əlamətdar hadisə olaraq dəyərləndirib: “Azərbaycan təbii sərvətləri ilə zəngin ölkədirsə, Fransada ən böyük zənginlik insanların biliyindədir. Ona görə də sürətlə dəyişən dünyada zamanın tələblərinə cavab vermək, Azərbaycan və Fransa gənclərinin yaxşı təhsil səviyyəsinə malik olmaları üçün birgə çalışmalıyıq. Azərbaycan-Fransız Universitetinin yaradılmasında öz seçimini Fransadan etdiyi üçün Azərbaycana təşəkkür edirik”.
Qeyd olunub ki, universitetdə təhsil alacaq tələbələr gələcəkdə təhsillərini Fransanın nüfuzlu ali təhsil ocaqlarında davam etdirə biləcəklər.
Tədbirin davamında Azərbaycan-Fransız Universitetinin tədris binası ilə tanışlıq olub, qonaqlara binada yaradılan tədris imkanları ilə bağlı ətraflı məlumat verilib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub