Qardaşına və qonşusuna əsəbiləşib havaya atəş açdı

"Qurtuluş 93" yaşayış massivində ov tüfəngi ilə havaya atəş açan Vüqar Kamil oğlu Seyidov saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, Abşeron RPİ-nin əməkdaşları güllə səsinə hadisə yerinə gəliblər.

 

Qonşular axşam saatlarında binanın eyvanından atəş açıldığını bildiriblər. Məlum olub ki, Vüqar qonşusuna əsəbiləşdiyindən, evində olan ov tüfəngindən havaya atəş açaraq onu qorxutmaq istəyib. Hadisəyə gəlincə, evdə qardaşı ilə mübahisə edən Vüqar əsəbiləşərək eyvana çıxıb. Bu zaman qonşu binada olan sakinlərin bir qisminin onun yaşadığı evə baxdığını görüb: "Dedim nə baxırsız? Şəxsiyyətimə toxundu nəsə. Qardaşım bilər, mən bilərəm. Onlar başladılar əl-qolla danışmağa, özümə sığışdıra bilmədim. Dedim gözlə, gəlirəm. Qardaşım tutdu məni, qoymadı. Mən də gedib dolabı açdım, silahı çıxartdım".

 

İçərisinə bir patron qoyaraq yenidən eyvana qayıdan Vüqar havaya atəş açır. Bunu görən qonşu Xəyyam Elşad oğlu Baxşəliyev tez içəri keçir: "Əsəblərimi cilovlamağı bacarmadım, havaya atəş açdım".

 

Saxlanılan şəxs əməlinə görə heç də peşman olmadığını, yalnız gecə saatlarında atəş açaraq səs saldığına görə peşmançılıq hissi keçirdiyini deyib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR