Aşıq Ədalət dəfn edildi - "YANIQ KƏRƏMİ" SƏDALARI ALTINDA
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ədalətlə bu gün doğulduğu Qazax rayonunda vida mərasimi keçirilib. APA TV-nin Qərb bürosunun məlumatına görə, sənətkarın nəşi əvvəlcə Qazax rayon Mədəniyyət Mərkəzinə gətirilib.
Aşıqla vida mərasimində Aşıqlar Birliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, ailə üzvləri iştirak ediblər. Mərasimdə sənətkarın ömür yolundan, maraqlı xatirələrindən, Azərbaycan aşıq sənətinə verdiyi töhfələrdən danışılıb.
Vida mərasimində aşığın sənət dostları, həmçinin şagirdləri də iştirak edib. Onlar Ədalət Nəsibovun vəfatını Azərbaycan Aşıq sənətinə ağır itki kimi qiymətləndirib.
Vida Mərasimindən sonra aşıq vəsiyyətinə uyğun olaraq sazın müşayiəti ilə torpağa tapşırılıb.
Məzarı üstünə gül dəstələri qoyulub.
Aşıq Ədalətin xatirəsi hələ sağlığında Ikən əbədiləşdirilib. Qazaxın mərkəzindəki "Fəxri Qazaxlılar" parkında sənətkarın büstü qoyulub, Əməkdar İncəsənət Xadimi fəxri adı və Azərbaycan Prezidentinin fərdi təqaüdü ilə təltif edilib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub