FHN Akademiyasında Bilik günü münasibətilə tədbir keçirildi
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Bilik günü münasibətilə tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdən əvvəl Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, Şəhidlər Xiyabanında uyuyan Vətən oğul və qızlarının məzarları üzərinə gül-çiçək dəstələri düzüblər.
Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Bilik günü münasibətilə geniş tədbir keçirilib. Akademiyanın rəisi general-mayor Pənah Süleymanov tədbir iştirakçılarını Bilik günü münasibətilə təbrik edərək tədbiri açıq elan edib.
Sonra Azərbaycanın Dövlət himni səslənib, Dövlət bayrağı meydana gətirilib. İlkin hərbi hazırlığı başa vurmuş kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içiblər.
Mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavini - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə kursant və məzunları, onların ailələrini FHN rəhbərliyi adından təbrik edib. Qeyd edib ki, hərbi and içərək Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə həmişə hazır olmalı, Vətənimizi və bayrağımızı göz-bəbəkləri kimi qorumalıdırlar. O da bildirilib ki, FHN-in gələcək əməkdaşları olacaq Akademiya kursantları və məzunlar insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli bir missiyanın öhdəsindən bacarıqla gəlməlidirlər.
Daha sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Akademiyanın 2017-ci il məzunlarına “leytenant” hərbi və xüsusi rütbələrinin verildiyi diqqətə çatdırılıb və məzunlara ali təhsil ocağını bitirmələri barədə diplomlar təqdim edilib.
Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Elnur Həbibzadə xatirə lövhəsini simvolik “Yaş kötüyü”nə vurub.
Valideynlər adından çıxış edən Mehman Həmidov da kursantları təbrik edib.
FHN Akademiyasına yüksək - 562 balla qəbul olunmuş Məqsəd Alxaszadə kursantlar adından çıxış edərək FHN Akademiyasında təhsil alacağından fəxrlə bəhs edib.
Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə yekunlaşıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub