Şəmkirdə maşın aşıb: 4 yaralı

Şəmkirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəyəm-Düyərli avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan "Hyundai Santafe" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Düyərli kənd sakinləri 2000-ci il təvəllüdlü Qəmbərov Bilal Araz oğlu, 2001-ci il təvəllüdlü Hüseynov Səbuhi Şahin oğlu, 2000-ci il təvəllüdlü Quliyev Elvin Natiq oğlu, 1998-ci il təvəllüdlü İsmayılov Əkbər Əbülfət oğlu. Yaralılardan Bilal Qəmbərovun vəziyyəti kafi, digər üç nəfərin vəziyyəti isə normal qiymətləndirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR