Ermənistan iqtidarı daxilində silahlı mübarizə başlayıb: İRƏVANDA ATIŞAN KİMLƏRDİR?

İrəvanda sentyabrın 14-də baş verən atışmanın təfərrüatları məlum olub.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bu barədə keçirdiyi brifinqdə "Keçid" fraksiyasının lideri Nikol Paşinyan açıqlamalar verib: "Bu hakimiyyət daxili mübarizədir. Artıq bu mübarizə siyasi müstəvidən silahlı qarşıdurmalar keçib. Onlar artıq açıq şəkildə adam öldürür və belə qətlləri paytaxtın mərkəzində həyata keçirməkdən belə çəkinmir".
 


O əlavə edib ki, inanmasa da cinayətkarların tapılması üçün aidiyyəti qurumların və şəhər meriyasının hərəkətə keçməsi üçün siyasi təşkilat adından müraciət edəcəklər.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR