Bakı Metropolitenində Bilik günü aksiyası - REPORTAJ

Bakı Metropoliteni Bilik günü ilə əlaqədar sosial aksiya keçirib.

 

APA TV-nin xəbərinə görə, metrodan istifadə edən məktəblilərə hədiyyələr, məktəb ləvazimatları bağışlayıblar.

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev şagirdlərə sürpriz etmək istədiklərini bildirib: "Dərsə həvəsi daha da artırmaq üçün onlara belə bir sürpriz etdik. Qələmlər, karandaşlar, çantalar hədiyyə edirik ki, onlar özlərini daha yaxşı hiss etsinlər, sentyabrın 15-i - Bilik günü onların tarixi yaddaşında belə bir gün kimi, sürpriz kimi qalsın. Metrodan istifadə edən təxminən 300-ə yaxın şagirdlərimiz üçün hədiyyələr nəzərdə tutulub".

 

Aksiyada iştirak edən məktəblilər çox sevincli görünürdülər: "Mən 5-ci sinfə gedirəm, bu hədiyyələrə görə çox təşəkkür edirəm. Kitabça, çanta, xoşuma gəldi hədiyyələr".

 

Valideynlər də metropolitenin məktəblərə etdiyi sürprizi yüksək dəyərləndiriblər: "Metropolitenin işçilərinə təşəkkürünü bildirirəm ki balacaları bu gündə nəzərə alıblar".

 

Qeyd edək ki, tədbir günün sonuna qədər davam edəcək. Gün ərzində metro stansiyalarından istifadə edən şagirdləri metropoliten əməkdaşları qarşılayacaq, onları Bilik günü münasibətilə təbrik edəcək və balaca sərnişinlərə hədiyyələr verəcək.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR