Üç aydan sonra dostların görüşü, şagird, valideyn, müəllim həyəcanı - BİLİK GÜNÜ
Üç aylıq ayrılıqdan sonra dostlar yenidən görüşdü. Onlar bir-birini salamlayır, müəllimlərini isə 15 sentyabr - Bilik günü münasibətilə təbrik edirdilər.
APA TV-nin məlumatına görə, Akademik Zərifə Əliyeva adına Liseyin təkcə şagirdlərinin deyil, onları müşayiət edən valideynlərinin də çöhrəsində sevinc və fərəh hissləri var idi.
Üz-gözlərindən sevinc qarışıq həm də həyəcan hiss olunan liseyin 9-cu sinif şagirdlərini başa düşmək çətin deyildi. Axı onlar da bu liseyin birinciləri hesab olunur: "Dostlarıma və özümə uğur arzu edirəm. Yaxşı oxumalı və bizə göstərilən bu etimadı doğrultmalıyıq".
Liseyin 11-ci sinif şagirdi İnqilab Quliyev isə orta təhsilinin sonuncu bilik günündə daha həyəcanlı olduğunu dilə gətirir: "11-ci sinif olduğumuz üçün bizim çiyinlərimizə daha böyük məsuliyyət düşür. Bunu dərk edirik. Çünki şagirdi olduğumuz bu təhsil ocağının ən uğurlu şagirdi olmalıyıq. Ali məktəbə hazırlaşırıq, inşallah ümidlərini doğruldarıq"
Akademik Zərifə Əliyeva adına Liseyin müəllimləri isə şagirdlərə uğurlar dilədi: "91 il öncə məhz bu gündə Azərbaycan və türk əsgərlərindən ibarət Qafqaz İslam Ordusu Bakını bolşevik və daşnaklardan azad edib. Yeni şagirdlərimizin də təhsildə uğurları çox olar. Biz həmişə seçilənlərdən olmuşuq. Bu adı, bu etimadı yüksək tutmalıyıq".
Əvvəlcə məktəbin həyətində yeni dərs ilinin açılış mərasimi keçirildi. Liseyin direktoru, Azərbaycanın əməkdar müəllimi Mehriban Vəliyeva çıxışında təhsilə dövlətimiz və ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan söz açdı: "Biz artıq yeni tədris ilinin astanasındayıq. Ötən il 191 şagirdlə Bakı məktəbləri arasında birinci yerə çıxdıq. Onlar yüksək nəticələr göstərərək ümumi orta təhsil haqqında şəhadətnamə aldılar. Onlardan 39-u fərqlənmə ilə orta təhsilini başa vurdu. 178 şagirdimiz məzun oldu. Onlar tələbə adını qazanaraq 100 faiz qəbul nəticələri göstərdilər. Bu şagirdlərin 63 nəfəri 600-dən yuxarı bal toplayıb. 15 məzunumuz qızıl medala, 4 məzunumuz isə gümüş medala layiq görülüb".
Çıxışlardan sonra şagirdlər yaddaqalan nömrələrlə çıxış etdilər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub