Rusiyadan silah alması Ankaraya baha başa gələ bilər: ABŞ HƏDƏLƏYİR
ABŞ senatoru Ben Kardin Türkiyəyə sanksiyalar tətbiq edilməsi tələbi ilə çıxış edib. APA TV-nin "Politico" nəşrinə istinadən məlumatına görə, demokrat-senator bu barədə Ağ Evə məktubla müraciət edib.
Onun fikrincə bu addım Ankaranı düşünməyə vadar edəcək.
Sanksiyalar Türkiyənin Rusiyadan C-400 hava hücumundan müdafiə xarakterli raket-zenit kompleksləri almasına görə tətbiq edilə bilər.
Senatorun fikrincə Ankara bu hərbi-ticari anlaşmaya imza atmaqla ABŞ-ın Rusiyaya qarşı qoyduğu qadağaları kobud şəkildə pozub.
Kardin, Tramp administrasiyasından C-400 raket sistemini almasını Türkiyənin NATO üzvlüyünə necə təsir göstərə biləcəyini və ABŞ-ın satdığı silahların Türkiyənin təhlükəsizliyinin təmin edilməsinə kifayət edib-etmədiyini öyrənmək istəyib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan C-400 komplekslərinin alınmasını ölkəsinin daxili işi olduğunu deyib və artıq ilk ödənişin həyata keçirildiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub